Zirvədən üzü aşağı: Bezos iki həftədə $8 milyard itirdi | Banco.az

Zirvədən üzü aşağı: Bezos iki həftədə $8 milyard itirdi

Amazonun hesabatları analitiklərin gözləntilərinin əksinə olaraq, elə də ürəkaçan olmayıb və nəticədə kompaniyanın səhmlərinin kotirovkası aşağı düşüb, bununla da Bezos yenidən Forbes-in gündəlik yenilənən milyarderlər siyahısında üçüncü pilləyə enib. Bu haqda Banco.az portalı Forbes.ru-ya istinadən bildirir.

İyulun 27-də, ticarət bazarı açılanda, Jeff Bezosun sərvətinin miqdarı $90,6 milyard dollara yüksəlib ki, bu da onu bir neçə saatlıq da olsa, planetin ən zəngin insanı olmasına imkan verdi, yəni o Forbesin ilk pilləsinə yüksəldi.

Amma internet dahisinin triumfu uzun çəkmədi – elə həmin gecə Microsoftun yaradıcısı Bill Gates öz qlobal titulunu geri aldı. Bezosun sərvəti isə azalmağa davam edirdi. Hal-hazırda Forbes bu sərvəti $82,5 milyard dollar həcmində qiymətləndirir ki, bu da 27 iyul ilə müqayisədə $8,1 milyard dollar daha azdır.

Ən sərfəli kredit üçün müraciət et

Hal-hazırda $89,5 milyard dollar ilə Bill Gates  və Zara brendinin yaradıcısı, ispan Amancio Ortega $83,1milyard dollar ilə onu qabaqlayır.

Bezosun sərvətinin azalması isə Amazonun səhmlərinin qiymətinin düşməsi ilə izah olunur. 27 iyul səhər saatlarında onlar tarixi maksimuma – hər biri $1 083  dollara  yüksəlmiş idi. Ama elə həmin gün Amazon rüblük nəticələri açıqladı ki, onlar da gözlənilənə nisbətən zəif idi və bu da səhmlərin enişinə rəvac verdi. Lakin ümumilikdə səhmlər yenə də baha olaraq qalır və 2017-ci ilin yanvarın 1-i ilə müqayisədə 30% daha bahadır. 

Ən sərfəli krediti almaq üçün müraciət et