Zirehli smartfonlar: Davamlı, müasir və ucuz | Banco.az

Zirehli smartfonlar: Davamlı, müasir və ucuz

İstənilən zərbəyə davamlı zirehli telefonlar ekstremal şəraitdə yaşayan insanlar üçün əla seçimdir.

Uyğun qiymətli zirehli smartfonları sizə təqdim edirik:

“Ulefone Armor X3”

Zərbələrə davamlı bu cihaz  “MIL-STD-810G” korpus ilə təchiz olunub. Smartfon 5,5 düymlük ekran, 5000 mAh-lıq batareya, 2 GB-lik operativ, 32 GB-lik daxili yaddaşa sahibdir. Bu smartfonun qiyməti 80-100 ABŞ dollar arasında dəyişir.

“Ulefone Armor 5S”

Ən sərfəli kredit üçün müraciət et

8 nüvəli MediaTek Helio P23 prosessoru əsasında işləyən bu smartfon 4 GB-lik operativ, 64 GB-lik daxili yaddaşa və 5000 mAh-lıq batareyaya malikdir. Modelin Face İD funksiyalı ön kamerası və NFC modulu var. Qacetin qiyməti təxmini 140 ABŞ dollarıdır.

“Ulefone Armor 2”

5 düymlük displeyi olan bu kompakt model, IP68 standartına uyğun olaraq su və toza dözümlüdür. Smartfon 4700 mAh-lıq batareya, 6 GB-lıq operativ yaddaş, MediaTek Helio P25 prosessoru ilə təchiz olunub.  “Ulefone Armor 2” təxminən 160 ABŞ dollarına başa gələcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et