Xəzinədarlıq və Maliyyə İnstitutları ilə iş Departamenti üzrə mütəxəssis
“Ziraat Bank Azərbaycan” ASC Xəzinədarlıq və Maliyyə İnstitutları ilə iş Departamenti üzrə mütəxəssis vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Xarici ölkədə magistr təhsili almış və ya CFA1 sertifikatının olması müsbət qarşılanır;
- 1 il xəzinədarlıq və ya maliyyə sahəsində təcrübə;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
- Maliyyə bazarları barədə məlumatlı olmaq;
- Ünsiyyət qurma qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dili üzrə mükkəməl biliklər;
- Kompüter bilikləri (MS Office, Internet);
Əsas vəzifələr:
- Bankın gündəlik valyuta/effektiv məzənnələrini, qiymətli metallar və qiymətli kağızlar üzrə alış-satış qiymətlərini müəyyənləşdirmək və müvafiq strukturlara elan etmək;
- Likvidlik planlaşdırılması aparmaq, gündəlik likvidlik hesabatlarını hazırlamaq;
- Bankın təqdim etdiyi xidmətlər çərçivəsində yeni maliyyə institutları ilə əməkdaşlığı təmin etmək.
Göstərilən tələblərə cavab verən namizədlər May ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədarlıq” qeyd edilməsi vacibdir.
Kredit Təhlili Departamentinə baş mütəxəssis
“Ziraat Bank Azərbaycan” ASC Kredit Təhlili Departamenti baş mütəxəssis vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- 3 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
- Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq;
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
- CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3, CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
- Kompüter bilikləri (MS Office, Internet);
Əsas vəzifələr:
Korporativ müştərilər üzrə geniş təhlil hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər May ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.