Ziraat Bank-da Vakansiyalar! Yalnız banco.az-da | Banco.az

Ziraat Bank-da Vakansiyalar! Yalnız banco.az-da

1)"Ziraat Bank Azərbaycan” ASC Kredit Verilməsi və Monitorinqi Departamenti

Menecer/ menecer müavini/ baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Cinsiyyəti – kişi
  • Yaşı – 21-30 arası
  • Minimum 1 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə;
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Stres altında işləmə qabiliyyəti, müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq, təhkim olunmuş müştərilər haqqında daim məlumatlı olmaq;
  • Rus, İngilis, Türk dil bilikləri müsbət qarşılanır;
  • CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır;

·         Kompüter bilikləri (MS Office, Internet);

·         Ünsiyyət yaratmaq bacarığı;

Əsas vəzifələr:

  • Cəmi öhdədlikləri 100 000 AZN-dan çox olan kredit müraciətlərinin təhlil edilməsi və onlara dair rəylərin hazırlanması və Bankın Kredit Komitəsində layihənin rəyə uyğun olaraq təqdim edilməsi;
  • Təhlil etmə prosesi çərcivəsində filiallardan daxil olan kredit təhlillərinin yoxlanılması, tələb olunduqda müştərilərin biznes yerlərinə baxışların keçirilməsi, biznes fəaliyyəti ilə bağlı şərhdə, maliyyə hesabatlarının qurulmasında çarpaz yoxlamalar aparılmaqla çatışmamazlıqların aradan qaldırılması həyata keçirilir;
  • Kreditin məqsədəuyğunluğunun, borcalanın ödəmə qabiliyyətinin və effektivliyinin müəyyən edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər Iyun 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunuzda konkret olaraq müraciət etdiyiniz vəzifəni göstərməyiniz vacibdir.

Ən sərfəli kredit üçün müraciət et

2)“Ziraat Bank Azərbaycan” ASC Kredit Təhlili Departamenti

Menecer/ menecer müavini/ baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Cinsiyyəti – kişi
  • Yaşı – 21-30 arası
  • Min 2 il kredit təşkilatında SME və ya korporativ kreditlərin verilməsi sahəsində təcrübə
  • Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları.
  • Əldə olunmuş məlumatlar əsasında sifariş olunan öhdəliklərin borcalan tərəfindən ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri izləmək, proqnoz hesabatlar hazırlamaq, sifarişin məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq.
  • Stres altında işləmə qabiliyyəti, müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti.
  • Rus, Türk və İngilis dil bilikləri müsbət qarşılanır
  • CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır. (minimum ACCA F3, CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək)
  • Kompüter bilikləri (MS Office, Internet);

Əsas vəzifələr:

  • Korporativ müştərilər üzrə geniş təhlil hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının hazırlanması)  hazırlanması. 

Göstərilən tələblərə cavab verən namizədlər Iyun ayının 30-dək öz CV formalarını [email protected]  elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunuzda konkret olaraq müraciət etdiyiniz vəzifəni göstərməyiniz vacibdir.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et