"Ziraat Bank Azərbaycan"ın səhmləri qeydə alındı | Banco.az

"Ziraat Bank Azərbaycan"ın səhmləri qeydə alındı

Aprelin 2-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Ziraat Bank Azərbaycan" ASC-nin səhmlərini dövlət qeydiyyatına alıb.

Komitədən verilən məlumata görə, qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən 50 000 ədəd adi sənədsiz adlı səhmlərin hər birinin nominal dəyəri 1 000 manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et