İdarə Heyətinin üzvü büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsini də tutur
Vüqar Rəfiyev “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə üzv seçilib.
Eyni zamanda, V. Rəfiyev büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsini tutur.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyəti sədri vəzifəsinə Avni Demirci gətirilib.
A. Demirci bundan öncə "Ziraat Bank (Moskva)" QSC-nın Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Onun müavini vəzifəsinə isə Alptekin Sarıgöl təyin olunub. A. Sarığöl bundan əvvəl “Azər-Türk Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.
Bank fəaliyyətinə 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.
apa.az