“Ziraat Bank Azərbaycan” nə vaxt fəaliyyətə başlayacaq? | Banco.az

“Ziraat Bank Azərbaycan” nə vaxt fəaliyyətə başlayacaq?

“Azərbaycanda strateji olaraq bankçılıq fəaliyyətimizi artırmağı planlaşdırırıq”

Türkiyənin “Ziraat Bankası”nın Azərbaycanda törəmə bankı bu ilin birinci yarısında fəaliyyətə başlayacaq.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, bu barədə “Ziraat Bankası”nın baş direktoru Hüseyn Aydın məlumat verib.

Baş direktorun sözlərinə görə, törəmə bankın fəaliyyətə başlaması üçün işlər davam etdirilir.

“Azərbaycan və Qazaxıstanın yerləşdiyi məkanda strateji olaraq bankçılıq fəaliyyətimizi artırmağı planlaşdırırıq”, - deyə H.Aydın vurğulayıb.  

Ən sərfəli kredit üçün müraciət et

O, Azərbaycanda “Azər-Türk Bankı” ilə tərəfdaşlığın da davam etdiyini xatırladıb.

Qeyd edək ki, “Ziraat Bankası” Türkiyə xaricində 16 ölkədə şöbə, təmsilçilik və bank quruluşları ilə 80-dən çox xidmət nöqtəsində fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib. 

Ziraat Bank Azərbaycan haqqında ətraflı məlumatı bu linkə - http://banco.az/az/banks/ziraat-banki klik edərək əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et