Müəllif: Gülnar Əhmədli, Banco.az
Ziraat Bank Azərbaycan müsbət artım dinamikasını 2024-cü ilin ikinci rübü ərzində də davam etdirib. Belə ki, bank 2024-cü ilin yanvar-sentyabr aylarında 11.3 milyon manat xalis mənfəət əldə edib. Bu isə illik müqayisədə 4 milyon 881 min manat və ya 76% çoxdur.
Banco.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə "Ziraat Bank Azərbaycan"ın aktivləri 168 milyon 272 min manat və ya 26.4% artaraq 804 milyon 956 min mln. manata çatıb.
Bankın kredit portfeli də bu ilin əvvəli ilə müqayisədə 53 milyon 536 min manat və ya 13,7% artaraq 444 milyon 478 min manata çatıb. Ziraat Bank Azərbaycan-ın depozit portfeli isə 552 milyon manata yüksəlib ki, bu da ötən ilin sonunun nəticələri ilə müqayisədə 34,2% və ya 140 milyon 576 min manat artımdır.
Bizi sosial şəbəkələrdən izləyin!!