“Ziraat Bank Azərbaycan” əməkdaşlığa imza atıb | Banco.az

“Ziraat Bank Azərbaycan” əməkdaşlığa imza atıb

Banco.az "AzeriCard"a istinadən xəbər verir ki, “AzeriCard” prosessinq mərkəzi və “Ziraat Bank Azərbaycan” əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Cari ilin iyun ayında “AzeriCard” prosessinq mərkəzi və “Ziraat Bank Azərbaycan” ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Həmin müqavilə çərçivəsində “Ziraat Bank Azərbaycan” ASC-yə “AzeriCard” tərəfindən prossesinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Tezliklə tərəflər bankın kart infrastrukturunun yaradılması istiqamətində aktiv işlər görməyə başlayacaqlar. Beləliklə, “Ziraat Bank Azərbaycan” ASC, 2015-ci ilin ilk 6 ay ərzində “AzeriCard” prosessinq sisteminə qoşulan üçüncü bank oldu və “AzeriCard” prosessinq sistemində xidmət olunan bankların sayı 34 çatmışdır.

Ən sərfəli kredit üçün müraciət et