Ziraat Bank Azərbaycan 2023-cü ili uğurla tamamladı | Banco.az

Ziraat Bank Azərbaycan 2023-cü ili uğurla tamamladı

Ziraat Bank Azərbaycan 2023-cü ilin yekunlarına dair maliyyə hesabatlarını rəsmi internet səhifəsində yayımlayıb.

Hesabatlara əsasən Bankın fəaliyyət göstərdiyi illər ərzində müşahidə edilən müsbət inkişaf dinamikasını davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib. Belə ki, yayımlanan maliyyə hesabatlarına əsasən 2023-cü il ərzində bankın həm kredit, həm də depozit portfelində artım müşahidə edilib. Bankın depozit portfeli 29,46% artaraq 411 mln manatı keçib, bankın kredit portfeli isə 23,1% artaraq 391 mln manata çatıb. Qeyd edək ki, kredit portfelinin əsas payını verilmiş biznes kreditlər təşkil edir. 

2023-cü il ərzində bankın aktivləri 20,38 % artaraq 636 mln manatı keçmişdir.  Bankın cəmi kapitalı isə 117 mln manata çatmışdır. Ötən il ərzində Ziraat Bank Azərbaycan 25 mln manata yaxın əməliyyat mənfəəti qazanmışdır,  bu da 2022-ci il ərzində qazanılan əməliyyat mənfəətindən 31,62% artıqdır. Bankın xalis mənfəəti isə 2022-ci il ilə müqayisədə 12,61% artaraq 8.513 mln təşkil etmişdir.

2023-cü il ərzində bankın Azərbaycan Respublikası İpoteka və Zəmanət fondu ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri  2022-ci ilin sonu ili müqayisədə 70% artaraq 6.5 mln manata çatmışdır.

Bank tərəfindən açıqlanan maliyyə hesabatlarına əsasən bank 2023-cü il ərzində  fəaliyyətini  uğurla tamamlamışdır.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram