Türkiyənin "Ziraat Bank"ı "Azər Türk Bank" ASC-dəki payını satmaq niyyətindədir. Bunu "Ziraat Bank"ın baş icraçı direktoru Hüseyn Aydın bildirib.
"Bilirsiniz ki, Azərbaycanda səhmlərinin 100%-i bizə aid olan "Ziraat Bank Azərbaycan" fəaliyyət göstərir. Bununla yanaşı, "Ziraat Bank" başqa bir dövlət bankında ("Azər Türk Bank" ASC - red.) səhmdardır. Biz tədricən həmin bankdakı səhmlərimizi Azərbaycanın Maliyyə Nazirliyinə satmaq niyyətindəyik. Yaxın günlərdə əqdin bağlanacağı gözlənilir", - deyə H. Aydın bildirib.
Mənbə: Apa.az