Ziraat Bank 2018-ci ilə mənfəətlə başladı | Banco.az

Ziraat Bank 2018-ci ilə mənfəətlə başladı

"Ziraat Bank Azərbaycan" 31 mart 2018-ci il tarixinə maliyyə göstəricilərini açıqlayıb.

Açıqlanan hesabata əsasən, 2018-ci ilin ilk rübündə bankın cəmi aktivləri 222,558 -mln. manat olub. Bu isə 2017-ci ilin eyni rübü ilə müqayisədə 47,3% çoxdur. Belə ki, bankın cəmi aktivlərinin 5,255 mln. manatı nağd vəsaitlər, 29,830 mln. manatı Mərkəzi Bank-da olan vəsait və məcburi ehtiyat tələbi, 33,233 mln. manatı isə digər banklarda və maliyyə institutlarında olan depozitlərdir.

Aktivlərin 79,414 mln. manatını isə müştərilərə verilmiş kreditlər təşkil edib. Qeyd edək ki, bug2017-ci ilin eyni dövrü ilə müqayisədə 44,8% çoxdur. 

Sözegedən dövrdə, şirkətin cəmi öhdəlikləri 154,707 mln. manat olub ki, onun da 89,133 mln. manatını müştərilər tərəfindən yerləşdirilmiş depozitlər təşkil edib. Qeyd edək ki, bankın depozit portfeli 1 il ərzində 2 dəfəyə yaxın artıb. 

Ən sərfəli kredit üçün müraciət et

"Ziraat Bank Azərbaycan"ın cəmi kapitalı 67,851 mln. manat təşkil edib.

Mənfəətdədir - 1,692 mln. manat

2018-ci ilin ilk rübündə əməliyyat mənfəəti 1,965 mln. manat olan bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 271 min manat ayırıb və nəticədə, ilin ilk rübünü 1,692 mln. manat xalis mənfəətlə başa vurub.