25 sentyabrda başa çatan ticarət əsnasında, bitcoinin qiyməti yerli BitcoinFundi birjasında 7200 dollara yüksəlib, bu isə rəqəmsal valyutanın CoinDesk birjasındakı qiymətindən 84% daha bahadır. Bu haqda CoinTelegraph məlumat verir.
CoinDesk məlumatlarına əsasən, sentyabrında 26-da günorta saatlarında Bitcoinin qiyməti təxminən $3920 ətrafında formalışb. Həmin müddətdə Zimbabve birjasında qiyməti 63% daha baha, yəni $6400 dollar olub.
Nəşrin məlumata əsasən qiymətdəki belə kəskin fərq hiperinflyasiya və Zimbabve milli valyutasının dəyərsizləşməsi ilə bağlıdır.
Bununla yanaşı ölkədə Bitcoindən geniş istifadə hökumət tərəfindən ölkəyə və ölkədən xaricə nağd pul axınını tənzimləməsi və məhdudiyyətlər tətbiq etməsi ilə bağlıdır. Həmçinin vətəndaşların kredit kart ödənişlərinə də məhdudiyyət tətbiq edilir.
Ölkə vətəndaşları gündəlik alış verişləri, həmçinin kredit borclarının bağlanması üçün bitcoindən istifadə etmək məcburiyyətində qalıb.