Müəllif - Aida İsaq, Banco.az
Tibbi cihazların 30%-dən çoxu və zəruri dərmanlar siyahısına daxil olan dərmanların isə 80%-dən çoxu Rusiyada istehsal olunur. Banco.az xəbər verir ki, bu barədə Rusiya səhiyyə nazirinin müavini Yevgeni Kamkin Birləşmiş Ərəb Əmirliklərinin səhiyyə nazirinin müavini Amin Ameri ilə görüşdə bildirib.
Son 4 ildə tibbi cihazların istehsalının 1,8 dəfə çoxaldığı qeyd olunur. Təkcə Uralda 600-dən çox dərman növü, eləcə də müxtəlif tibbi avadanlıq istehsal edən 50-dən çox müəssisə fəaliyyət göstərir. Kamkinin məlumatına görə, Rusiya Federasiyası BƏƏ ilə əməkdaşlığa maraqlıdır.
Qeyd edək ki, Rusiya səhiyyə sistemində iki milyondan çox həkim və tibb işçisi çalışır. Səhiyyə müəssisələrinin sayı isə 259 mindən çoxdur.
Ötən il Rusiyada 3 milyondan çox xarici vətəndaş tibbi xidmətlərdən istifadə edib. Tibbi xidmətlər arasında diaqnostik müayinələr, onkologiya, cərrahiyyə, travmatologiya, oftalmologiya və pediatriya üstünlük təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!