Mərkəzi Bankın açıqladığı hesabata əsasən iyul ayında zərərlə işləyən bankların sayı 8-ə bərabər olmuşdur. Xatırladaq ki, iyun ayı üzrə də 44 bankdan yalnız 36-ı mənfəətlə işləyə bilmişdir.
Banco.az saytı Mərkəzi Banka istinadən xəbər verir ki, mənfəətlə işləyən banklar üzrə bank sisteminin ümumi mənfəəti 292.82 mln manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü (213,74 mln manat) ilə müqayisədə 37% çox olmuşdur. Zərərlə işləyən banklar üzrə bank sisteminin ümumi zərəri isə -38.45 mln manat olmuşdur.
Ümumi götürdükdə banklar tərəfindən əldə edilmiş yekun mənfəət 254.37 mln manat olmuşdur.