Zənginlər pullarını xərcləsələr neçə ilə bitər?! | Banco.az

Zənginlər pullarını xərcləsələr neçə ilə bitər?!

Dünyada milyarderlərin sayı qlobal maliyyə böhranına baxmayaraq artmaqdadır.

Ən maraqlısı və hamını düşündürən sual budur ki, bu zənginlər pullarını xərcləsələr neçə ilə bitər?!

Mərkəzi qərərgahı İngiltərdə yerləşən Oxfam sorğu şirkəti dünyanın ən zəngin 10 milyarderinin sərvətlərini neçə ilə xərcləyib qurtara biləcəkləri ilə bağlı maraqlı araşdırma aparıb.

Oxfamın araşdırmasına görə, 80 milyard dollarlıq bir sərvətə sahib olan meksikalı iş adamı Karlos Slimin gündə 1 milyon dollar xərcləsə bütün pulu 220 ilə bitər.

“Microsoft”un sahibi olan və 79 milyard dollarlıq bir sərvəti ilə dünyanın ən zəngin ikinci adamı adına sahib Bill Qeyts isə gündə 1 milyon dollar xərcləsə 218 ilə bəs edəcək pulu var.

Ən sərfəli kredit üçün müraciət et

Araşdırmada dünyaca məşhur geyim markası “Zara”nın sahibi Amankia Orteqa isə 63 milyard dollarlıq sərvətini gündə 1 milyon dollar xərcləyərək ancaq 172 ildə bitirə bilər.

Qadınlar arasında isə siyahıda ilk sıranı 37,9 milyard dollarla “Walmart”ın sahibi Khristy Valton tutur. İkinci sırada isə 31 milyard dollarla fransız kosmetik markası “L'Oreal”ın sahibi Liliane Bettenkourt qərarlaşıb. Bu qadınların da pulları uzun illər xərcləsələr ancaq bitər.

Qeyd edək ki, 2008-ci ildə başlayan və hələ təsirini davam etdirən qlobal maliyyə böhrandan bu yana dünya üzərə super zənginlərin sayı 6 il içində iki dəfə artıb.

Atvxeber.az

Ən sərfəli krediti almaq üçün müraciət et