Varlı, zəngin insanların həyatını araşdıranda onların çoxunun kasıb olduğunu, hətta biznesə sıfırdan başladığını müşahidə edərik. Bəs onlar buna necə nail olublar? Varlı olmaq üçün hansı xüsusiyyətlərə sahib olmalısan? Alimlər hansı vərdişlərin insanları varlı olmağa qoymadığını araşdırıblar. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi vərdişlər beynin fiziki vəziyyətinə təsir göstərir və faktiki olaraq insanları yoxsulluğa aparır...
Özünə yazığı gəlmək vərdişi: Özünə yazığı gəlmək və öz taleyindən narazı qalmaq vərdişi insanı yoxsulluğa sürükləyə bilir. İnsanlar öz xarici görkəmindən, gəlirindən, təhsilindən, mənzilindən, havadan narazı ola bilərlər. Və bunlara görə özlərini bədbəxt hesab edə bilirlər. Bununla yanaşı, daim şikayət edən və özlərini bədbəxt hesab edən tiplərdən artıq ətrafındakılar da uzaq durmağa çalışır və onlardan heç nə gözləmirlər, onları şənliklərə belə dəvət etmirlər. Nəticədə, həmin insanların çox az əlaqələri qalır. Əlaqələrsiz isə uğurlu karyera nail olmaq, maraqlı layihəyələrdə iştirak etmək mümkün deyil. Dolayısı ilə bu, onların pul qazanmasına mane olur. Özünə yazığı gəlmək vərdişi insanın az əmək haqqı olan işlə qane olmasına səbəb olur.
Hər şeyə qənaət etmək vərdişi və ya xəsislik: Əgər mağazada siz ilk olaraq endirimlər olan bölməyə gedirsinizsə, əgər sizin iş yoldaşlarınızın az işlədikləri təqirdə çox maaş aldığını düşünürsünüzsə, əgər heç vaxt və heç kimə borc pul vermirsinizsə, ofisiantlara çay pulu qoymursunuzsa, deməli sizdə artıq yoxsulluq vərdişləri var. Analitiklər hər şeydə qənaətə can atan insanın məntiqli şəkildə qənaətcil olmadığını düşünür. Bu cür vərdişlər gəlirlər və xərclər arasında balansın olmadığını sübut edir. Təminatlı insan əşyalara onların həqiqi qiyməti qədər pul ödəyir.
Hər şeyin maddiyyatına varmaq vərdişi: Yalnız yoxsulluğa məhkum olan insanlar xoşbəxtliyi yüksək əmək haqqı almaqda görürlər. Onlar bahalı geyimlərsiz, ikimərtəbəli evsiz, avtomobilsiz həyatda sevinməyin bir mənası olmadığını düşünürlər. Sosioloqlar “Sizə xoşbəxtlik üçün nə lazımdır?” sualına yalnız kasıb insanların maddi dəyərləri sadalayaraq cavab verdiklərini, yüksək gəlirləri olan insanların isə bu sualın cavabını sadiq sevgidə və dostluqda gördüyünü bildiriblər.
Pulları xərclədikdən sonra təşvişə düşmək vərdişi: İxtisara düşə biləcəyiniz fikri sizin ürəyinizin daha tez döyünməsinə səbəb olur. Pulunuzu düzgün və sərfəli xərcləmədiyinizdən xəbər verir. Varlı insanlar üçün pul dəyişilməz bir vahid deyil: bu gün pul var, sabah yoxdur. Beləliklə pullar dövriyyə edirlər. Varlı olmaq istəyirsinizsə, pula olan münasibətinizi dəyişin.
Qazandığından daha çox xərcləmək vərdişi: Siz iki iş yerində çalışırsınız, lakin qazancınız sizi yenə də qane etmir? Deməli, nələrisə dəyişmək vaxtıdır! Əgər bir insan kredit kartları ilə pulu bir-birindən ayıra bilmirsə, onun varlı olmaq şansı sıfıra bərabərdir.
Sevmədiyiniz işlə məcburi şəkildə məşğul olmaq: Fikir vermisinizsə, istəmədən həvəssiz gördüyümüz hər şeyin nəticəsi uğursuz alınır. Psixoloqlar sevmədiyi işlə məşğul olan insanların potensial olaraq uğursuzluqlara və yoxsulluğa düçar olduğunu vurğulayırlar. Bunun səbəbi insanı sevmədiyi işlə məşğul olmağa vadar edən daxili səbəblərdədir. Bu vərdişdən qurtulmaq üçün kiməsə lazım olan işi deyil, sizə xoş olan işi görmək lazımdır. Insan yalnız sevdiyi sahədə əla nəticələrə nail ola bilər...
Qohumlardan uzaqlaşmaq: Öz ailəsindən uzaqlaşan insanlar uğursuzluq xəttinə düşürlər. İnsan üçün ən böyük xoşbəxtlik onun xoşbəxt ailəsinin olmasıdır. İnsanın xoşbəxt ailəsi olmasa, o, heç bir uğur əldə edə bilməz. Hətta əldə etsə belə, sonda hər şey alt-üst olacaq. Xoşbəxtliyi ailədə tapmaq lazımdır. Yeri gəlmişkən, demək olar ki, bütün varlı insanlar üçün ailə dünyada ən qiymətli dəyərdir. Axı ailə dəstək və təsəlli ala biləcəyimiz yeganə mövhumdur...
tabloid.az