Zəngin olmağa kömək edəcək 20 qayda | Banco.az

Zəngin olmağa kömək edəcək 20 qayda

Amerikan jurnalist Napoleon Hill 20 il ərzində yüzlərlə milyonçudan müsahibə almış və onların davranınış və düşüncə tərzini müşahidə etmişdir. Beləliklə o, uğur formulu tərtib etməyə nail olur. Hillin ilk görüşdüyü milyonçu isə məşhur amerikan milyonçu –messenat Endryu Karnegi olur. Məhz Karnegi ilk dəfə Hillə uğur düsturu haqqında danışır və ona təklif edir ki, qoy o özü də bu düsturu sınaqdan keçirsin.

Öz karyerası ərzində Napaleon Hill bir çox məşhurdan müsahibə alır, onların sırasında Henri Ford, Çarlz Şvab, Vilyam Riql, Klarens Derro, Lyuter Berbenk, Con Pirlont Morqan kimi məşhurlar, həmçinin ABŞ-ın üç prezidenti də yer alır. Bütün bunlar Hillə universal bir formula yaratmaq imkanı verir “ Sən – düşündüklərindən ibarətsən”. ( "Sən nə düşünürsənsə, osan” )

Uğurun 20 qızıl qaydası

1. Heç kəs əbədi uğura arxayın ola bilməz, o vaxta qədər ki, güzgüyə baxıb, öz səhvlərinin əsl səbəblərini görmür.

2. Həmişə sizə ödədiklərindən daha çox edin. Onda tezliklə verdiyinizdən daha çox alacaqsınız. “Artan gəlirlər” prinsipi belə işləyir.

3. İstənilən uğursuzluq – üstüörtülü mənfəədir, sadəcə bunu dərs kimi qiymətləndirin, çünki o dərsi başqa cür mənimsəmək olmazdı. Çoxları uğursuzluğu belə adlandırır – sadəcə müvəqqəti məğubiyyət.

4. Bəşər tarixində, haqqını almadan xidmət göstərməyə hazır olan insanlar üçün hələ heç vat indiki qədər fürsətlər olmamışdı.

5. Elə ki, insanın özünə yazığı gəlməyə başladı və ya o, öz çatışmazlıqlarına haqq qazandırdı, demək olar ki, o, özünü ələ vermiş olur.

6. Acı olsa da həqiqəti üzünüzə deyən insanlardan məsləhət alın. Daimi təriflər xeyir gətirmir. Həqiqəti illuziyadan üstün tutun.

7. Əgər daha əməllərə qadir deyilsinizsə, onda yadda saxlayın ki, hətta adi əməllərin öhdəsindən kifayət qədər müvəffəqiyyətlə gəlmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

8. Qaliblər heç zaman döyüş meydanını tərk etmir, meydandan qaçanlar isə heç vat qalib olmur.

9. Ən dağıdıcı pisliklərdən biri – şər, böhtandır. O insan qəlblərini parçalayır və heç bir digər qüvvə ilə müqayisə olunmayacaq şəkildə insan reputasiyasını yerlə yeksan edir.

10. Təvazökarlıq – istənilən uğurun müjdəçisidir.

11. Heç nə ödədən nəsə almaq mümkün deyil. Siz həmişə ödəyiniz qədər də alırsınız.

12. “Faktı araşdırmadan ona nifrət etmə”  prinsipi insanı cahiliyyə məhkum edir.

13. Cəmiyyətdəki heç bir mövqe əbədi deyil və  heç bir nailiyyətə də zəmaət yoxdur, əgər onlar dürüstlük və ədalət üzərində qurulmayıbsa.

14. Aləmə nə edə bilərsən deyə car çəkmə. Göstər, bunu necə edirsən!.

15. Kiməsə görüş təyin edərkən, siz öz punktuallığınıza görə məsuliyyət daşıyırsınız və bir dəqiqə gecikməyə belə haqqınız yoxdur.

16. Lider olduqda, tabeliyində olanları bağışla, amma onlarda sərt ol.

17. Öz problemləriniz haqqında başqalarına şikayət etməyin – hər kəsdə onlardan yetərincə var.

18. Nail olduğunuz uğurları və sizi haqlayan uğursuzluqları, mümkün qədər tez yaddan çıxarın.

19. Böyük nailiyyətlərə sizi böyük fədakarlıqlar götürür, eqoizm deyil.

20. Mövcud təcrübə göstərir ki, nə edirsinizsə - yaxşılığa doğrudur. 

Ən sərfəli krediti almaq üçün müraciət et