Bank işi, kreditləşmə texnologiyası, maliyyə hesabatları və sair barədə saysız məqalələr mövcuddur ancaq monitorinq sistemi, məhz layihə işlərinin icrasının monitorinqi və biznesdəki mənfi tendensiyaların erkən xəbərdarlıq siqnalları barədə demək olar ki, məqalə yoxa hesabdır. Mövzu genişdir ancaq bildiklərimi, öyrəndiklərimi ümumi əsaslarla, mahiyyəti üzrə əsas prinsiplərini sadə formada Sizlərlə paylaşmaq istərdim.
Bildiyiniz kimi ,bank tərəfindən maliyyələşdirilən təsərrüfat subyektlərinin xüsusiyyətlərindən və qəbul edilən qərardan asılı olaraq kreditinin təyinatının, maliyyələşdirilmiş layihələrin icra vəziyyətinin, biznesin maliyyə göstəricilərinin, təminatın və sair dəqiqləşdirilməsi və nəzarətda saxlanılması üçün monitorinqlər həyata keçirilir. Banklar layihlərin maliyyələşdirilməsi istiqamətində iki əsas məhsul növlərindən istifadə edirlər: kredit və zəmanət (qarantiya məktubu). Kredit verilişi birbaşa maliyyə dəstəyi olduğu üçün əsasən ticarət maliyyələşməsinə bənzəyir. Odur ki, layihələrə dəstək məqsədi ilə verilən qarantiya məktublarına daha ətraflı toxunmaq istərdim.
Layihələr üzrə qarantiya məktubları nə üçün lazimdir ?
Bank zəmanəti loru dildə desək banka müraciət edən şəxsə sifarişçi qarşısında zamin olmağı deməkdir. Ancaq müqavilənin tərkib hissəsi olmadığı üçün müqavilədəki dəyişikliklər bankın məsuliyyətini dəyişmir. Banklar əsasən layihənin sifarişçisinə (benefisiar) zamini olduğu şəxsin tenderdən sonra müqaviləni bağlaması, avans kimi köçürülmüş vəsaitin nəzərdə tutulmuş müddətlə lazimi istiqamətdə xərclənməsi, müddət üzrə işlərin icrası və tamamlanması, görülən işin keyfiyyətinə dair zəmanət verir. Layihəni sifariş verən şirkət yekunda maliyyə itkiləri ilə üzləşməmək, riskləri minimallaşdırmaq və layənin icrasına rəsmi təminat məqsədi ilə zəmanət məktubunu tələb edir. Çünki, layihə işləri müqavilədə nəzərdə tutulan formada icra olunmazsa zəmanət məbləği qədər vəsaiti bankdan ilk tələbində ala bilir. Daha sonra bank zəmanət məbləğini kreditə kevrilmə şərtlərində göstərilmiş qrafik üzrə müştəridən tələb edir.
Layihələrin monitorinqi nə dərəcədə vacibdir ?
Banklar monitorinq vasitəsi ilə problemlərin ilkin əlamətlərini aşkar edir və müvafiq qərarlar qəbul edir. Monitorinq risklərin idarə edilməsi standartlarının tərkib hissəsi olduğu və bankları gözlənilməyən maliyyə itkilərindən qoruduğu üçün çox vacibdir.
Monitorinq aparmaqla nəyi , necə müəyyən etmək olar ?
Layihələrin monitorinqi zamanı lazim olacaq əsas məlumatlar və sənədlər aşağıdakılardır:
№ |
Tələb olunan sənəd, hesabat və ya məlumat |
Mütəxəssis nə əldə edəcək ? |
1. |
Layihəyə dair bağlanmış müqavilə və əlavələr
|
|
2. |
Görülmüş işləri təsdiq edən sənədlər |
|
3. |
Müqavilə üzrə vəsait köçürülən bank hesabından çıxarış |
|
4. |
Əgər layihənin gedişatında gecikmələr varsa və ya şübhələr varsa sonuncu ən yaxin tarixə maliyyə hesabatları, Kredit Bürosundan çıxarış |
|
5. |
Müəssisəsnin şəxsi hesab vərəqəsindən və ƏDV depozit hesabından çıxarış, e-qaimə və EHV (elektron vergi hesab faktura) çıxarışı. |
|
6. |
Təminata dair məlumat və ya əyani baxış |
|
Bank işçiləri hər sahənin incəliklərini bilən peşəkar biznesmenlər ola bilməzlər ancaq əsas tələb olan biznes sahələri üzrə mütləq məlumatlı olmalıdırlar. Sənədlərə istinadən biznesin fəaliyyətinə, layihənin gedişatına yekun rəy vermək şablon analitikanin göstəricisi sayıla bilər. Həmçinin monitorinq mütəxəssisinin özünü sığortalamaq məqsədi ilə daim mənfi rəy verməsi və rəyin zamanla özünü doğrultmaması, onun qeyri-peşəkar olmasından xəbər verə bilər. Odur ki, hər bir sahənin mütəxəssisi öz işi üzrə araşdırmalar aparmalı, yeniliklərə açıq olmalı, daim özünü təkminləşdirməli və gördüyü işin nəticələrini geriyə dönüb nəzərdən keçirməyi bacarmalıdır.
Ramal Əhmədov
KapitalBank / Monitorinq
Bakı 2018