Zəmanət və subsidiya verilmiş kreditlərin məbləği 40 milyon manatı keçib | Banco.az

Zəmanət və subsidiya verilmiş kreditlərin məbləği 40 milyon manatı keçib

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləri, zəmanət və subsidiya verilmiş kreditlər üzrə göstəriciləri açıqlayıb.

01.10.2019-cu il tarixinə İKZF tərəfindən verilən ipoteka kreditlərinin sayı 26 min 999, məbləği 1 milyard 335 milyon 831 min manat təşkil edib. Sentyabrın əvvəlində say 26 min 921 idi.  

Ən sərfəli kredit üçün müraciət et

01.10.2019-cu il tarixinə İKZF tərəfindən zəmanət və subsidiya verilmiş kreditlərin məbləği isə 41 milyon 759 min manata çatıb. Bu məbləğ sentyabrın əvvəlində 39 milyon 709 min manat idi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et