Zəlzələyə görə pulsuz yerləşdirmə təmin edən otellər vergidən azad ediləcək | Banco.az

Zəlzələyə görə pulsuz yerləşdirmə təmin edən otellər vergidən azad ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə zəlzələ ilə əlaqədar pulsuz yerləşdirmə təmin edən mehmanxanalar vergidən azad ediləcək.

Banco.az xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında olan və ümumilikdə 10 əyaləti əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər səbəbindən zərərçəkmişləri pulsuz yerləşdirmə ilə təmin edən mehmanxana müəssisələri göstərikləri xidmətlərə görə vergiyə cəlb olunmayacaqlar.

Fəlakətin gətirdiyi fövqəladə şərait səbəbindən sözügedən müəssisələrin zəlzələdən zərərçəkənlərə göstərdiyi pulsuz xidmətlər presedent olmadığı üçün gəlir əldə edilməyəcək, ƏDV və qonaqlama vergisi hesablanmayacaq.

Bundan əlavə, bu müəssisələrin zəlzələdən zərərçəkmişlərə pulsuz olaraq göstərdiyi yaşayış, yemək və içki kimi xidmətlərə görə çəkdiyi xərclər də xərc kimi nəzərə alınacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, zəlzələdən zərər çəkmiş insanların sığınacaq ehtiyaclarını qarşılamaq üçün Antalya başda olmaqla müxtəlif şəhərlərdəki otel və buna bənzər obyektlərdə müvəqqəti qonaqlama imkanı yaradılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et