Zəlzələ bölgəsinin milli gəlirdəki payı müəyyən edilib | Banco.az

Zəlzələ bölgəsinin milli gəlirdəki payı müəyyən edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyəni sarsıdan zəlzələlərdən zərər çəkmiş on vilayətin 2021-ci ildə milli gəlirə töhfəsi 9,3% olub.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) dekabr ayında açıqladığı illik ümumi daxili məhsul (ÜDM) məlumatlarına görə, zəlzələ baş verən bölgələrin milli gəlirdəki payı 9,3 faizə çatır. Yəni, 2021-ci ildə cari qiymətlərlə 7,2 trilyon lirə olan milli gəlirin 675 milyard lirəsi sözügedən on vilayətdən əldə edilib.

Milli gəlirə ən böyük töhfəni 148,6 milyard lirə ilə Qaziantep verib. Onu 141,7 milyard lirə ilə Adana və 101,5 milyard lirə ilə Hatay izləyib.

İqtisadi fəaliyyət sahələrinə görə zəlzələ vilayətlərinin milli gəlirdəki payına nəzər saldıqda görürük ki, kənd təsərrüfatı birinci yeri tutur. Sözügedən bölgələrin sənaye və emal sənayesindəki payı isə 11,2 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et