Zcash-dan tarixi yenilik: 62 min dollara yüksələcək! | Banco.az

Zcash-dan tarixi yenilik: 62 min dollara yüksələcək!

Gizlilik üçün hazırlanmış kriptovalyuta olan Zcash tarixindəki ilk şəbəkə yenilənməsi əməliyyatını istifadəçilərin diqqətinə çatdırıb.

Verilən açıqlamaya görə, “overwinter” adlandırılan bu yeniləmə aprelə qədər bütün şəbəkə tərəfindən dəstəklənəcək. “Overwinter” yeniləməsinin əsas zəncirə uyğunlaşdırılması 2018-ci il iyulun 25-də baş tutacaq. Komanda bu yeniləmə sayəsində Zcash-ın əsasını təşkil edən Sapling protokolunu təkmilləşdirə biləcək.

Zcash tərtibatçıları dərc etdikləri bloqda bunları qeyd edib:

“Overwinter”-in məqsədi gələcəkdə edilməsi planlaşdırılan təkmilləşdirmələr üçün protokolun daha güclü olmasını təmin etməkdir. “Overwinter” ilin sonlarında reallaşacaq Sapling şəbəkəsi üçün tələbləri hazırlamağa kömək edəcək”.

Qrupun bildirdiyinə görə, “overwinter” proqramı bir sıra yeni funksiyalar gətirir. Onların bəziləri bunlardır: əməliyyatlara tətbiq olunacasq müddət fərqliliyi, versiya nəzarəti, təkrarlanan əməliyyatın qorunması və şəffaflığın həyata keçirilməsi üçün yeniliklər.

Həmçinin, istifadəçilərin bu yeni şəbəkə yeniləməsindən faydalana bilməsi üçün etmələri vacib olan tək şey şəbəkələrini yeniləməkdir. Zcash tərtibatçılarınınbununla bağlı açıqlaması belə olub:

“Bu yenilikdən faydalanmaq üçün Zcash proqramınızı yenilənmədən başqa bir şey etmək lazım deyil. Şəbəkənin təkmilləşdirilməsi nəticəsində Blockchain forkunun yaranması və ya yeni bir valyutanın ortaya çıxması müzakirə mövzusu deyil”.

2016-cı il oktyabrın 28-də fəaliyyətə başlayan Zcash (ZEC) istifadəçilərə imzalanmayan əməliyyatlar yerinə yetirmək imkanı təqdim edir. “Zk-SNARKs” adlanan və istifadəçilər haqda məlumat əldə etməyi qadağan edən bir üsuldan istifadə edən ZEC hazırda 384 civarındadır. “Coinmarketcap”-ın məlumatlarına görə, ən dəyərli 24-cü kriptovalyuta olan Zcash-ın ümumi bazar dəyəri 1.3 milyard dollardır.

Kriptovalyuta təşkilatı olan “Grayscale Investments” tərəfindən açıqlanan hesabata görə, ZEC-in qiymətinin 2025-ci ilədək 62 min dollara yüksələcəyi proqnozlaşdırılır.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az