Müəllif - Aida İsaq, Banco.az
“Zara”, “Massimo Dutti”, “Pull & Bear”, “Oysho”, “Bershka”, “Stradivarius”, “Oscar Garcia” brendlərinin sahibi olan İspaniyanın “Inditex” geyim şəbəkəsinin baş direktoru Rusiyaya qayıtmaq istədiyini bildirib.
Banco.az xəbər verir ki, sahibkarın sözlərinə görə, Rusiyada biznesin “Daher” qrupuna satışına dair müqavilənin şərtləri onun BƏƏ-də qeydiyyatdan keçmiş yeni sahibi ilə ortaq şəkildə Rusiya bazarına qayıtmaq imkanını nəzərdə tutur. İş adamı şirkətin “Daher” qrupuna keçən mağazalarda fəaliyyətini bərpa edə biləcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!