1 yanvar 2014-cü il tarixinə Zaminbank ASC məcmu kapitalını 50 292 909 AZN təşkil edib, 24 sentyabr 2014-cü il tarixinə isə 36% artaraq 68 milyon AZN-ə çatıb.
Azərbaycan Mərkəzi Bankının 25 iyul 2012-ci il tarixli qərarı ilə yeni yaradılmış banklar üçün nizamnamə kapitalının, mövcud banklar üçün isə məcmu kapitalın 01 yanvar 2015-ci il tarixədək 50 mln. AZN-yə çatdırılması qərara alınıb.
Eyni zamanda, Bankın nizamnamə kapitalı 01 yanvar 2014-cü il tarixinə qeydə alınmış 47 181 800 AZN-dən 01 sentyabr 2014-cü il tarixli 3 milyon AZN, 18 sentyabr 2014-cü il tarixli 2 milyon AZN dəyərində yeni səhm yerləşdirilməsi hesabına ilin əvvəli ilə müqayisədə 10,6% artırılaraq 52 181 800 AZN-ə çatdırılıb.
20 ildən artıq tarixi olan “Zaminbank” ASC müasir texnologiyaların tətbiqi, müştəri məmnuniyyətinin vacib amil kimi qəbul olunması nəticəsində nəinki respublika daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da böyük müştəri toplusunun etimadını qazana bilib. Bank tərəfindən risklərin qiymətləndirmə və idarəolunmasına tətbiq olunan yanaşma investorların və maliyyə bazarının digər iştirakçılarının da Banka olan etibarını kifayət dərəcədə artırıb.
Trend.az