Zamanı doğru idarə etmənin 8 yolu | Banco.az

Zamanı doğru idarə etmənin 8 yolu

Bu günlərdə iş həyatının sıxlığından dolayı bir an nəzarəti itiririk kimi bir hissə qapıla bilərik. Həyatımızda nəyin daha prioritetli olduğunu bilməyimizə baxmayaraq vaxtımızı daha faydalı istifadə edə bilmək üçün bəzən bir neçə təklifə ehtiyac duya bilərik.

1- Bütün təqvimləri birləşdirin.

Kompüterinizdəki, evinizin divarındakı, telefonunuzdakı bütün təqvimlərin eyni şeyi söyləməsini təmin edin. Bu sizin üçün çətin olacaqsa yalnız bir dənə təqvim istifadə etmək və hər şeyi orada göstərməyə diqqət edin.

2- Hər layihə üçün plan yaradın.

Hər proyektdə təsir yarada biləcək, məhsuldar addımlar vardır. Zamandan qənaət etmək baxımından bu addımları yaxşı təyin etməli və bunlara dəqiqliklə tabe olmalıyıq. Layihəyə başlayarkən bu addımların müəyyənləşdirilməsi işinizi asanlaşdıracaqdır.

3- İlk olaraq ən əhəmiyyətli fəaliyyətləri müəyyən edin.

Əhəmiyyətli mövzular üçün lazım olan vaxtı ayırmısınızsa daha əhəmiyyətsiz mövzular üçün vaxt tapmaq da asanlaşacaq.

4- Sərf etdiyiniz zamanı sorğulayın.

Ən az bir və ya iki həftəlik zamanınızda nə etdiyinizi bir yerə yazın və nə qədər zamanınızın boşa getdiyini öyrənin. Beləcə sonrakı zaman idarəniz daha da asanlaşacaq.

5- Sizə mane olacaq fəaliyyətlərə ayrılan zamanı minimuma endirin.

Ən sərfəli kredit üçün müraciət et

Gündəlik həyatda sizi layihədən saxlayacaq bütün fəaliyyətlərdən imtina edin. Lazımlı vəziyyətlərdə telefonunuzu söndürün, Facebook, Twitter və xüsusilə Whatsapp istifadə etməyin.

6- Gözlənilməyəni gözləyin.

Zamanınızı doğru istifadə edirsiniz, hər şey yolunda gedir, plan ardıcıl olaraq həyata keçirilir. Hər şeyin yolunda olduğunu deyə bilərsiniz amma tədbiri heç bir zaman əldən buraxmayın. Məsələn 15 dəqiqəlik məsafədəki bir yerə getməniz lazımdırsa bunu qarşınızdakına 25 dəqiqə olaraq söyləyin. Beləcə gözlənilməyən bir şeylə qarşılaşdığınızda da gec qalma ehtimalınız azalacaq.

7- Beyninizi istirahət etdirmək üçün fasilələr edin.

Mən zamanımı 45 dəqiqə proyektə fokuslanma və 15 dəqiqə başqa bir şeylə maraqlanma olaraq istifadə edirəm. 45 dəqiqə məşğuliyyətdən sonra fokuslanma gücümüz düşməyə başlayır və performansda azalma müşahidə olunur. 15 dəqiqə müddət içində də sizi 45 dəqiqədir etməkdə olduğunuz fəaliyyətdən uzaqlaşdıracaq şeylər edin.

8- Kağız üzərində düşünün.

Özünüzü küncə sıxışmış hiss edirsinizsə, ağlınızdakı hər şeyi bir yerlərə yazın. Problemin kağız üzərində təsviri və onu kiçiltmək sizə köməkçi olacaq. Problemi aradan qaldıra biləcək bütün həlləri yazın. Və təbriklər problem həll edildi :)