Zakir Nuriyevdən “exchange”lərin bərpasına dair bəyanat | Banco.az

Zakir Nuriyevdən “exchange”lərin bərpasına dair bəyanat

“Exchange”lərin açılması valyuta bazarında yaranan boşluğu dolduracaq”.

Bu barədə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, atılan hər addım səbəbsiz deyil, “exchange”lərin yenidən bərpasında da məqsəd valyuta bazarında yaranan çətinlikləri aradan qaldırmaqdır:

“Azərbaycana gələn xarici turistlərin sayı artır. Turistlərin valyutadəyişmə əməliyyatlarını rahat həyata keçirmələrinə ehtiyac var. Banklar isə bu tələbi tam həyata keçirə bilmirdi. 

Ən sərfəli kredit üçün müraciət et

“Exchange”lərin yenidən bərpası da turistlərin valyuta dəyişməklə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi daşıyır”.

Z.Nuriyev hesab edir ki, “exchange”lərin bərpası, eyni zamanda “qara bazar”ı da sıradan çıxaracaq.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et