"Yunayted Kredit Bank"ın ləğvedicisi dəyişib | Banco.az

"Yunayted Kredit Bank"ın ləğvedicisi dəyişib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Yunayted Kredit Bank" ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.04.2017-ci il tarixli 2-1(81)-1494/2016 saylı qərardadı ilə ləğv prosesində olan bankın ləğvedicisi "Azerbaijan International Legal Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.

Fonddan verilən məlumata görə, bununla əlaqədar ləğvedici müflis elan edilmiş bank qarşısında borc öhdəliyi (kreditləri) olan fiziki və hüquqi şəxslərə bildirir ki, “Banklar haqqında” qanunun 72-ci maddəsinə uyğun olaraq bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

Ən sərfəli kredit üçün müraciət et

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et