Yunanlar kreditorlara "YOX" deyib | Banco.az

Yunanlar kreditorlara "YOX" deyib

Yunanların 61,31 faizi kreditorlarla ölkənin borcları üzrə sazişin şərtlərinə qarşı çıxış ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyitərəfindən iyulun 5-də elan olunan referendum üzrə bülletenlərin 100 faizinin hesablanmasından sonra ortaya çıxan yekun nəticə belə deməyə əsas verir.

Ən sərfəli kredit üçün müraciət et

Kreditorlar tərəfindən təklif olunan şərtləri səs verənlərin 38,69 faizi dəstəkləyib.

Referendumda qeydiyyata alınan seçicilərin 62,50 faizi iştirak edib.

Mənbə: Report.az