Yunanıstanda əhali və müəssisələrin əmanətləri son altı ayda təxminən 30 milyard avro azalaraq 133.7 milyard avroya enib.
Qeyd edək ki, Yunanıstanın 11,1 milyon nəfər əhalisi var.
İyun ayının əvvəlindən indiyə qədər Yunanıstanın kommersiya banklarından depozit çıxışı 7 milyard avronu aşıb. Yunan bankları, depozit çıxışlarının qarşılamaq üçün Avropa Mərkəzi Bankının (AMB) Təcili Likvidlik Yardımı (ELA) imkanını istifadə etmək məcburiyyətindədirlər. AMB, Yunan bankları üçün ELA istifadənin tavanını bu həftə dörd dəfə artırıb.