Afinada Yunanıstanın Aİ-yə sədrliyi ilə bağlı rəsmi mərasim təşkil olunmuşdur. Mərasimdə növbəti 6 ay ərzində Afinada maliyyə sabitliyinin, iqtisadi artımın və məşğulluğun təmin edilməsi kimi məsələlərin ümumi prioritetlər qismində nəzərdə keçiriləcəyi qərara alınmışdır. Böhran dövründə və borcların artdığı müddət ərzində digər ölkələrlə müqayisədə daha çox zərər çəkmiş Yunanıstanı bu çətin dövr ərzində sözügedən sahələrdə qeydə alınan çətinliklər də rahat buraxmamışdır. İndi isə Yunanıstan bütün bu çətin günləri geridə qoymaq və inkişaf dövrünə addım atmaq üzrədir.
“Yunanıstan çoxsaylı qurbanlar versə də, artıq bu çətin dövrü geridə qoyur. Buna baxmayaraq, hələ də bütün problemlər öz həllini tapmamışdır və qarşıda bizi hələ çox iş gözləyir”, deyə Baş nazir Antonis Samaras bildirmişdir.
İlk iclasda Aİ rəhbərləri yeni rəhbərə dəstək verilməsi və inteqrasiyanın dərinləşdirilməsi məsələləri üzrə razılığa gəlmişlər. Müştərək mətbuat konfransının keçirilməsi Birliyin iqtisadi və siyasi inkişafında müsbət tendensiyaların elan edilməsinə şərait yaratmışdır. “Unutmayaq ki, bu yaxınlarda Yunanıstanın Aİ-ni tərk etdiyinə, valyutanın düşməsinə və Aİ-nin tənəzzülə uğradığına dair fərziyyələr mövcud idi. Hal-hazırda burada iştirakımız bu fərziyyələrin həqiqətə uyğun olmadığını sübuta yetirir”, deyə Avropa Komissiyasının prezidenti Joza Manuel Barrozu bildirmişdir.
“Euronews” telekanalının müxbiri Stamatis Ciannis məlumat verir: “Uzun və ağır iqtisadi böhrandan sonra Aİ-də sədrlik Afina rəhbərliyinə ölkənin beynəlxalq nüfuzunun bərpa edilməsi istiqamətində verilən əsl fürsətdir”.
Banco.az / Sevinc İbadova