Referendumun ilkin nəticələrinin elan edilməsindən sonra dünya fond birjalarında avro dəyər itirməyə başlayıb.
Yunanıstanda referendumun ilkin nəticələrinin elan edilməsindən sonra dünya fond birjalarında avro ucuzlaşıb.
Avropanın vahid valyutası dollar qarşsında 1,12% dəyər itirib. Avrodakı ucuzlaşma Azərbaycan manatına da təsir edib. Avronun məzənnəsi manata nisbətdə 1,1635 AZN-dən 1,1577-ə qədər azalıb.
Avropa Parlamentinin sədri Martin Şults hələ bir müddət öncə xəbərdarlıq etmişdi. Sədr referendum zamanı yunanlar beynəlxalq kreditorlar tərəfindən (Beynəlxalq Valyuta Fondu, YESB və Avropa Komissiyası) təklif etdiyi layihədən imtina etmək barədə qərar versə, o zaman Afina yeni valyutaya keçməyə məcbur olacaq.
Dünən Yunanıstanda baş tutan referendumdan sonra maliyyə naziri postundan gedib. Ölkədə iqtisadi vəziyyətinin gərgin olduğu bir dövrdə maliyyə naziri Yanis Varoufakisin vəzifəsindən getməsi şok effekti yaradıb. Çətin durumda olan Yunanıstan artıq Avropadan gələcək qərarları gözləyir.
Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkel isə bu gün Parisdə görüş keçirəcək. Bu görüşdə dövlət rəhbərləri Yunanıstanda keçirilən referendumun nəticələrini qiymətləndirəcək. Analitiklər hesab edir ki, referendumdan müsbət qərar çıxmasada Avropa ölkələri Yunanıstana yardım üçün daha bir neçə təklif verəcək.
Görüşdən saatlar öncə mətbuatda Merkelin Berlində çəkilən fotoları yayılıb. Almaniya kanslerinin hələ heç vaxt bu qədər kədərlə və yorğun görünmədiyi qeyd edilir.
A.Merkel səliqəli və ciddi geyimi ilə seçilirdi.
Yunanıstan referendum qərarından sonra borcların yenidən strukturlaşdırılması üçün işlərə başlayıb. Hökumət qənaət etmək, yoxsul təbəqənin maraqlarını nəzərə alaraq islahatlara aparmaq kimi məsələləri özündə ehtiva edən bir razılaşmanın təmin edilməsini hədəfləyir. Yunanıstanda keçirilən referendumun ilkin nəticələri məlum olub. Referendumda iştirak edən yunanların 61 faizi kreditorların tələblərinə "yox" deyib, Seçicilərin 39 faizi isə "bəli" deyə cavab verib. Bununla da ölkə əhalisi Yunanıstan hökumətinin kreditorların şərtlərinə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirib.
Keçirilən sorğular göstərir ki, bu mövzuda əhalinin fikri də müxtəlifdir. Hakimiyyət insanları "yox" deməyə çağırır. Onlar kreditorlarla razılaşmağın digər yollarını axtarmağı təklif edir. Lakin bəzən insanların indiki hakimiyyətə güvənmədiyini və beynəlxalq kreditorları dəstəklədiyini də görmək mümkündür.
anspress.com