Yunanıstan Azərbaycandan qaz idxalını artırıb | Banco.az

Yunanıstan Azərbaycandan qaz idxalını artırıb

2023-cü ilin yanvar-iyun aylarında Yunanıstan Azərbaycandan 1,020 milyard kubmetr qaz idxal edib.

Bu barədə Avropa İttifaqının Statistika İdarəsi - "Avrostat" məlumat verib.

İyun ayında idxal 174,6 milyon kubmetr olub və may ayındakı 163 milyon kubmetrlə müqayisədə 7,1 faiz artıb.

Yunanıstanın 2023-cü ilin ilk 6 ayında Azərbaycandan təbii qazın alınmasına ümumi xərcləri 523,8 milyon avro təşkil edib.

İyun ayında 58 milyon avrodan çox xərclənib, bu isə maydakı 68,8 milyon avro ilə müqayisədə 15,7 faiz daha azdır.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et