Artıq bir neçə müddətdir ki, Yunanıstan borclarını ödəmir, bu da ölkənin bank sistemini Avropa Mərkəzi Bankının dəstəyindən məhrum edə bilər. Bu isə özlüyündə "Grexit"-ə (Greek exit) yəni Yunanıstanın Avrozonadan çıxmasına səbəb ola bilər.
Bu isə Avropada təhlükəsizliklə bağlı problemlərə yol aça bilər. Bildiyimiz kimi, Yunanıstanı Rusiya ilə tarixi bağlar birləşdirir. Hər iki ortodoks dövlət Osmanlı imperiyası ilə uzun müddət düşmənçilik ediblər. İndi isə belə bir iqtisadi vəziyyət sayəsində Rusiya öz imkanlarını Yunanıstanda istədiyi kimi genişləndirə bilər.
Almaniya kansleri Angela Merkel və maliyyə naziri Wolfgang Schaeuble ehiyat tədbirlərinin icrasına başlamaq niyyətindədir. Bloombergdən verilən məlumata görə Almaniya Yunanıstana dəstəyi geoiqtisadi səviyyədə davam etdirəcək.
Almaniya ictimayyətində isə məsələyə münasibət heç də birmənalı olmayıb. Çoxları hesab edir ki, Schaeuble Yunanıstanın siyasi təhlükəsizliyinə görə cavabdehlik daşımamalıdır. Bu fikrin tərafdarları qeyd edirlər ki, Merkel məsələnin iqtisadi tərəfinnə daha çox diqqət yetirir. Burda ABŞ-ın göstərdiyi təzyiqin də öz təsiri var.