Yumurtanın qiyməti ilə bağlı rəsmi açıqlama | Banco.az

Yumurtanın qiyməti ilə bağlı rəsmi açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son vaxtlar yumurtanın qiymətində cuzi də olsa bahalaşma müşahidə olunur.

Məsələ barədə danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Banco.az-a bildirib ki, hazırda yumurtanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən 4 qəpik ucuzdur:

“Yumurtanın maya dəyəri təqribən 13,5 – 14 arasındadır.Mağazalarda da  yumurtanın maya dəyərinə uyğun 12 -14 qəpik arasında satılır. Kənd yumurtasının bolluğu ilə əlaqədar ölkədə ciddi şəkildə istehsal var idi. Həm də istehsal olunan məhsullar Rusiya bazarına satılırdı. 2024-cü ilin mart ayı üçün Rusiya bazarına 150 maşın gedirdisə, aprel ayında bu rəqəm 20 maşına düşdü. Nəticədə bazarda təklif çoxaldı. Bu da qiymətlərdə enmələrə səbəb oldu”.

Hazırda ölkədə yumurta istehsalının tələbatın üstündə olduğunu vurğulayan Assosiasiya sədri qeyd edib ki, mövsümlə əlaqədar tələbat aşağı düşdüyü üçün bu sahədə güclü qiymət artımı gözlənilmir:

Ən sərfəli kredit üçün müraciət et

“Bu ilin 5 ayında 100 milyon ədəddən artıq yumurta ixrac etmişik. Bununla belə əhalinin tələbatını ödəyə biləcək qədər yumurta ehtiyatımız var.

Yemin qiyməti qalxmadıqı təqdirdə artım gözlənilmir. Hazırda yemin qiymətinə səbəb olacaq  artımla bağlı heç bir problem yoxdur”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et