Zimbabvedə inflyasiyadakı artım ilə əlaqədar olaraq elektrik enerjisinin qiyməti 320% artırılıb.
Zimbabve Enerji Bazarını Tənzimləmə Agentliyindən (ZERA) verilən açıqlamada, artan istehsal xərcləri səbəbilə elektrik enerjisinin kilovat/saat qiymətinin 38,6-dan 162,16 Zimbabve dollarına (75 qəpik) qaldırıldığı bildirilib.
Tez-tez elektrik enerjisi fasilələrinin olduğu Zimbabvedə xalq, təməl qida maddələri və benzin qiymətlərində yaşanan artım səbəbilə çətin günlər keçirir.
Quraqlıq və bahalılığın hökm sürdüyü ölkədə elektrik enerjisinin qiyməti son 3 ayda ikinci dəfə artırılıb.
Marja