Banco.az olaraq 2015-ci ildə ən yüksək dövlət borcu olan ölkələri araşdırdıq və ilk beşliyi sizin nəzərinizə çatdırırıq.
Bu beşlikdə həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələr yer alıb. Sıralama aşağıdakı kimidir:
İtaliya
Beşinci yerdə İtaliya qərarlaşıb-132,5%. 2015-ci il üzrə dövlət borcunun Ümumi Daxili Məhsula nisbətinin yüksəkliyinə görə Avrozonada ikinci yerdədir.
Yamayka
Yamayka isə bu göstəriciyə görə dördüncü yerdədir-138,9%. Xidmət sahəsi ÜDM-nin 80%-ini əhatə etsə də, cinayətkarlıq, korrupsiya və yüksək həddə işsizlik ölkənin iqtisadi artımını azaldır.Beynəlxalq Valyuta Fondu bildirir ki, Yamayka ilk növbədə vergi sistemində islahatlar aparmalıdır.
Livan
Dövlət borcunun ÜDM-a nisbətinin həcminə görə üçüncü yerdə Livan Respublikasıdır-139,7%. Ölkə turizm mərkəzinə çevrilmək istəsə də Suriya ilə müharibə, eləcə də daxili siyasi qarışıqlıqlar dövlət büdcəsinin azalmasına gətirib çıxardı.
Yunanıstan
Yunanıstan isə maliyyə böhranından sonra dövlət borcu sürətlə artan ölkələrdən biridir və bu sıralamada ikinci yeri tutur-173,8%. Ölkə 320 mlrd. avro borc almış və bu məbləğin geri ödənilməsi demək olar ki, qeyri-mümkün görünür. Həmçinin, Yunanıstanın bu kreditləri qaytarmaq üçün həyata keçirdiyi sərt fiskal siyasət ölkə gəlirlərini daha da azaldır və problemi həll etmir.
Yaponiya
Birinci yerin sahibi isə Yaponiyadır-243,2%. Təəccüblüdür, Yaponiya yüksək inkişaf səviyyəsinə malik olsa da dövlət borcuna görə ən yüksək yerdədir. İqtisadiyyat zəif inkişaf edir, dünyanın ən məşhur reytinq agentliklərindən biri 2015-ci ilin sentyabrında Yaponiyanın inkişafını stabildən neqativə dəyişib.