Müəllif: Tamara Mustafayeva, Banco.az
Yüksək faiz dərəcələri Avrozonada həm şirkətlərin, həm də istehlakçıların zəif borclanmasına səbəb olmaqda davam edir.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) iyul ayı üzrə açıqladığı korporativ və istehlak kreditlərində aylıq dəyişikliklərə görə, iyun ayında illik müqayisədə 0,7 faiz artan korporativ kreditlər ötən ay 0,6 faiz artıb.
İstehlak kreditləri də 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artıb.
İyulda geniş pul kütləsi illik əsasda 2,3 faiz artaraq analitiklərin 2,7 faiz proqnozlarından aşağı olub. İyun ayında geniş pul kütləsi 2,2 faiz artıb.
ING Avrozonanın baş iqtisadçısı Bert Kolijn mövzu ilə bağlı qiymətləndirməsində deyib:
“İyul ayı üzrə bank kreditləri məlumatları göstərir ki, yüksək faiz dərəcələri həm korporativ, həm də ev təsərrüfatlarının borclarının zəif qalmasına səbəb olmaqda davam edir”.
Bizi sosial şəbəkələrdən izləyin!!