Yubiley və xatirə pul nişanlarının qiymətləri gündəlik açıqlanacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Yubiley və xatirə pul nişanlarının qiymətləri gündəlik açıqlanacaq

Mərkəzi Bankı bildirir ki, Bankın rəsmi internet səhifəsinin "Milli pul nişanları" bölməsində satışda olan yubiley və xatirə pul nişanları, o cümlədən onların satış qiymətləri barədə məlumatlar gündəlik olaraq yerləşdirilməsinə başlanılıb (link: https://www.cbar.az/moneymarks/coins?category=2).

Satışda olan yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə (link: https://contact.e-cbar.az/) daxil olaraq əldə etmək istədiyi yubiley və xatirə pul nişanlarının adı və sayını qeyd etməklə sifariş edə bilərlər.