Yuanın ucuzlaşması ilə neft də ucuzlaşdı | Banco.az

Yuanın ucuzlaşması ilə neft də ucuzlaşdı

ABŞ və Çin arasında ticarət müharibəsi şiddətlənir. 

Ötən həftə ABŞ Prezidenti Donald Trampın Sentyabr ayından Çinə əlavə gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Bu gün isə Çin yuanı ucuzlaşıb. Dollar/Yuan məzənnəsi 7 səviyyəsini aşıb.

 

Yuanın ucuzlaşması Donald Trampın sonuncu gömrük tarifi təhdidinə qarşı Çinin cavabı kimi şərh edilir. Analitiklər bildirirlər ki, Pekin Yuanın dəyər itirməsinə icazə verib. 

Ən sərfəli kredit üçün müraciət et

Ticarət müharibəsi nəticəsinə neftə tələbin azalacağı ehtimal edilir. Tələbin azaldacağına dair narahatlıqlar ilə neft qiymətləri düşür. Bakı vaxtı ilə saat 12:30-a olan məlumata görə, Brent nefti 1,5% ucuzlaşma il 60,94 dollardan alıcı tapıb. Qərb Teksas neftinin (WTI) qiyməti isə 1.4% düşərək 54.91 dollara enib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et