Yuanın daha da ucuzlaşacağı proqnozu verildi | Banco.az

Yuanın daha da ucuzlaşacağı proqnozu verildi

ABŞ-ın investisiya bankı “Bank of America Merrill Lynch” (BofAML) Donald Trampın Çin mallarına əlavə gömrük tarifini  25%-ə yüksəltməsi vəziyyətində dolların 7,5 yuana qədər yüksələ biləcəyini nəzərdə tutur (Yuan ucuzlaşacaq, Dollar bahalaşacaq).

ABŞ Prezidenti Donald Tramp 300 milyard dollarlıq Çin mallarına 1 Sentyabrdan 10% əlavə gömrük vergisi tətbiq olunacağını açıqlamış, ardından dollar/yuan məzənnəsi 2008-ci ilin maliyyə böhranından bu yana ilk dəfə 7 səviyyəsini aşmışdı. ABŞ, yuanın ucuzlaşmasına Çinin icazə verdiyini açıqlamış və əsas rəqibini "Məzənnə manipulyatoru" elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bir çox analitik gərginliyin son dövrdə artması ilə Trampın Çin mallarına əlavə gömrük tarifini 25% -ə qaldıracağını bildirirlər. Analitiklərə görə, bu ssenaridə Fed daha çox faiz endirimi edər və Dolların da yüksəlməsi çətinləşər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et