IMF Çin yuanını beynəlxalq rezerv valyuta elan etməyə hazırlaşır.
Beynəlxalq Valyuta Fondu (IMF) Çinin milli valyutası sayılan yuanı beynəlxalq rezerv valyuta elan etməyə hazırlaşır. Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, beynəxlalq rezerv valyutası, hökümətlər və beynəlxalq təşkilatlar arasında ehtiyat valyuta qismində istifadə olunan və beynəlxalq ticarət və maliyyə əməliyyatlarında geniş tətbiq olunan valyuta növünə deyilir.
Hazırda Beynəlxalq Valyuta Fondunda rezerv valyuta siyasına yalnız ABŞ dolları, Yapon yeni və Britaniya funt-sterlinqi daxildir. Bundan bir ay əvvəl Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard verdiyi açıqlamada, yuanın da bu siyahıya əlavə edilməsini dəstəklədiyini gizlətməmişdi.
Ekspertlərə görə bu gələn ilin əvvəlində baş tuta bilər. Çin ABŞ-dan sonra dünyanın ən iri iqtisadiyyatı sayılır. Rəsmi Pekin yuanın beynəlxalq səviyyədə rezervləşdirilməsi üçün hələ ötən il fonda müraciət edib.