"YouTube"un masaüstü versiyasına audio axtarış funksiyası əlavə edildi | Banco.az

"YouTube"un masaüstü versiyasına audio axtarış funksiyası əlavə edildi

Tamara Mustafayeva, Banco.az

YouTube platformasının mobil versiyasında mövcud olan səsli axtarış funksiyası masaüstü versiya üçün də aktivləşdirilib.

Məlum olduğu kimi, şirkət daha əvvəl iOS və Android sistemlərinə audio axtarış funksiyasını əlavə etmişdi. Bu funksiya sayəsində istifadəçilər izləmək istədikləri videoları mətn daxil etmədən səsli bildirərək axtara bilirlər. İndi isə sözügedən funksiya masaüstü versiya üçün də aktiv edilib.

Yenilənmədən sonra axtarış bölməsinin sağında mikrofon işarəsi görünür. İlkin istifadə zamanı istifadəçilər platformanın mikrofondan istifadəsinə icazə verməlidirlər. Daha sonra isə həmin işarəyə kliklədiyiniz anda ekranın yuxarı hissəsində "dinlənilir..." yazılı bölmə görünür ki, buradan da müvafiq axtarışları icra edə bilirsiniz. Həmin anda aktiv hər hansı bir video varsa, audio axtarış zamanı dayandırılacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et