"Youtube"un baş direktoru istefa verib | Banco.az

"Youtube"un baş direktoru istefa verib

Müəllif - Aida İsaq, Banco.az

“YouTube”un baş direktoru Susan Vojçiçki istefa verdiyini açıqlayıb. 

Banco.az xəbər verir ki, 54 yaşlı S.Vojçiçkini müavini Neal Mohanın əvəzləyəcəyi məlum olub. Onun istefası "YouTube"un reklam gəlirlərinin ikinci rübdə "Netflix", "TikTok" və "Facebook" kimi platformalarla gərgin rəqabət fonunda azalmasından sonraya təsadüf edir. Susan Vojçiçki bu qərarını şərh edərkən ailə, sağlamlıq və şəxsi layihələrə zaman ayırmaq istəyi və "Alphabet"də məsləhətçi kimi çalışmaq planı ilə izah edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et