Youtuberlər hər 1 milyon baxış sayı üçün nə qədər qazanırlar? – ARAŞDIRMA | Banco.az

Youtuberlər hər 1 milyon baxış sayı üçün nə qədər qazanırlar? – ARAŞDIRMA

Dünyanın məşhur youtuberlərinin hər 1 milyon izlənməyə görə orta hesabla nə qədər qazandığı məlum olub.

Gəlirləri müxtəlif olan youtuberlər bu dəyişikliyin səbəbini izləyicilərin davranışı və reklamverənlərin növləri ilə əlaqələndiriblər.

1 milyon izlənməyə sahip YouTube videosu hər youtuber və ya hər video üçün eyni miqdarda gəlir gətirmir.

“Business Insider” fərqli mövzularda vloq hazırlayan 4 youtuber ilə bu məsələyə aydınlıq gətirib.

Şelbi Çörç – 2-5 min dollar (1 milyon baxış sayı):

1,2 milyon abunəçiyə sahib YouTube kanalı olan Şelbi 1 milyon baxış sayına malik videodan 2-5 min dollar arasında dəyişən qazanc əldə etdiyini bildirir. 1 milyon baxış sayını keçmiş 17 videosu olan Şelbi gəlirinin böyük hissəsini sponsorlu yayımlardan qazanır. Youtuber videolarının xronometrajının əsasən 10 dəqiqədən artıq olmasına diqqət edir. Bununla da, daha çox reklam ala bildiyini (orta hesabla 4 reklam) deyir.

Ostin Aleksandr – 6 min dollar (1 milyon baxış sayı):

Ən sərfəli kredit üçün müraciət et

135 min abunəçiyə sahib youtuber və dənizçi olan Ostin 1 milyon baxış sayı olan videosu ilə “Google AdSense” üzərindən 6 min dollar qazandığını deyir.

Marina Mogilko – 10 min dollar (1,5 milyon baxış sayı):

Marina Mogilkonun dil, həyat tərzi və iş mövzusunu işlədiyi üç fərqli YouTube kanalı var. Youtuber iş kanalının mövzu seçimindən dolayı reklamverənlərin diqqətini daha çox çəkdiyini və digər iki kanalından daha çox gəlir gətiridiyini qeyd edir.

Mogilko iş kanalı olan “Silicon Valley Girl”ün hər 1.000 baxış üçün orta hesabla 10,73 dollar qazanır. Dil kanalı “Linguamarina” eyni baxış sayına orta hesabla, 4 həyat tərzi mövzusunda olan üçüncü kanal 2,71 dollar qazandırır.

Kevin Devid – 40 min dollar (1,1 milyon baxış sayı):

800 min abunəçisi olan Devid “Yeni başlayanlar üçün “Shopify” təlimi” adlı videosundan 40 000 dollar gəlir əldə etdiyini deyir. Bu videonu Avstraliyada ucuz bir otelde qaldığı zaman, kamera və ya avadanlıq olmadan çəkdiyini söyləyən Kevin videolarının bu qədər çox gəlir gətirməsinin səbəbini reklamverənlərə çəkici gələn biznes məsələlərinə fokuslanmasından qaynaqlandığını bildirir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et