Müəllif: Tamara Mustafayeva, Banco.az
“YouTube” məzmun funksiyalarını təkmilləşdirməklə daha geniş auditoriyaya çatmaq hədəfindədir.
Banco.az xəbər verir ki, “YouTube” ilkin sınaq mərhələsini tamamlayan dublyaj funksiyasını daha çox məzmun istehsalçısı üçün əlçatan edəcəyini açıqlayıb.
Platforma yeni xüsusiyyəti ilə qlobal təsir gücünə malik məzmunların əhatə dairəsini genişləndirməyi və daha geniş auditoriyaya çatmağı hədəfləyir.
Bu funksiyadan istifadə etmək istəyən məzmun yaradıcıları “Creator Studio” vasitəsilə videolarına müxtəlif dillərdə səs yazıları əlavə edə biləcəklər. Tamaşaçılar isə "audio trek" seçimi ilə mövcud dil seçimləri arasından seçim edərək dublyaj edilmiş videolara baxa biləcəklər.
Qeyd edək ki, platforma daha əvvəl bu funksiyanı kiçik bir yaradıcı qrupu ilə sınaqdan keçirmişdi. Sınaq mərhələsində platformaya 40-dan çox dildə dublyaj variantları olan 3500-dən çox video yüklənib.
Bizi sosial şəbəkələrdən izləyin!!