“Hamı ulduz olmağa cəhd edir” - daha yaxşı həyat arzusu ilə ailəsiylə birlikdə Tayvandan Birləşmiş Ştatlara köçmüş Steve Chen bele deyir. Onunsa cəhdləri Pensilvaniya doğumlu Chad Harley ilə tanış olduğu müddətdə gerçəkləşdi. Onlar biryerdə dünyanın ən böyük online saytlarından birini-Youtube yaratdılar. Youtube əsl global bir sensasiya idi, Hurley və Cheni “Business 2.0” jurnalının “ 50 ən önəmli insan”ı siyahısında zirvəyə yüksəltdi. Youtube həmçinin,2006-cı ildə TİME jurnalında “İlin ixtirası” seçildi.
Steve Chen 1798-ci ilin avqustunda Tayvanda anadan olmuşdur və 8 yaşına kimi burada yaşamışdır. Ailəsi Amerikaya köçdükdən sonra o, John Hersey adına məktəbdə, daha sonraysa İMSA’da (İllinois Math and Science Academy) təhsil almışdır. Məktəbi bitirdikdən sonraysa Chen komputer elmləri sahəsini davam etdirmək üçün Champeign şəhərində yerləşən İllinois Universitetinə daxil oldu. Ancaq onun PayPal adlanan və yenicə yaranmış kiçik bir kommersiya şirkətində işə başlaması onun həyatını həmişəlik dəyişdirəcəkdi.
Chad Meredith Hurley 1977-ci ildə Donald və Joan Hurley ailəsində dünyaya gəlmişdir. Onun atası maliyyə məsləhətçisi,anası isə məktəb müəlliməsi idi. O, böyük bacısı və kiçik qardaşı ilə birlikdə Pensilvania, Birdsboro’da böyümüşdür. 1995-ci ildə o,anasının dərs dediyi Twin Valley məktəbini bitirdikdən sonra, Pensilvaniyanın İndiana Universitetində İncəsənət fakultəsinə daxil olmuşdur.
Universiteti bitirməzdən əvvəl Hurley də həmçinin, PayPalda işləməyə başlayır. O iş görüşməsinin bir hissəsi olaraq Coliforniyaya uçur və burada ondan öz bacarığını göstərmək üçün gənc şirkətə logo hazırlaması istənilir. Hurley bu işin öhdəsindən gəlir və onun hazırladığı logo hələ də PayPal rəsmi logosu olaraq qalır.
PayPalda işlədikləri müddətdə Hurley və Chen dostluq etməyə başlayırlar. Onlar boş vaxtlarını müxtəlif biznes planları qurmaqla keçirirlər. eBay $1.54 milyon ödəyərək PayPali aldıqdan sonra , Chen və Hurley’ə şirkətin böyüməsindəki roluna görə böyük məbləğdə pul ödənilir. Və onlar bu pulu öz şəxsi girişimlərinə yatırmağa qərar verirlər. Chen’in injinerlik bacarıqları və Hurley’in kreativliyi sayəsində onlar birgə şirkət yaradırlar.
2005-ci il Yanvarda ,Hurley və Chen San Franciscoda dostlarının ziyafətinə dəvət olundular. Onlar hemin gün bir neçə video çəkdilər və növbəti gün bunu digərləri ilə də paylaşmaq istədilər. Amma bunu etmək üçcun yaxşı ideya yox idi. Çünki,faylın həcmi e-mail üçün çox böyük idi və onu göndərmək saatlar alırdı. Və bu Hurley və Chen’ə öz biznesləri üçün yaxşı ideya verdi. Onlar PayPal’dan aldıqları pulu hər kəsin asanlıqla həm video yükləyib həm də paylaşa biləcəkləri bir sayt –Youtube yaratmağa ’xərclədilər. Və bu bir inqilab idi. Youtube indi online video bazarının hardasa,yarısını tutur və hələ də inkişaf etməkdə davam edir.
Banco.az
Ayten Hacımuradova