"YouTube Shorts"a alış-veriş funksiyası əlavə olunur | Banco.az

"YouTube Shorts"a alış-veriş funksiyası əlavə olunur

Müəllif: Tamara Mustafayeva, Banco.az

“YouTube” platformasının “Shorts” bölməsinə alış-veriş funksiyası əlavə ediləcək.

Banco.az xəbər verir ki, son dövrlərdə sosial media platformaları əyləncə yönümlü xidmətlə yanaşı, alış-veriş imkanı da yaratmağa başlayıb. Belə ki, “TikTok” və “Meta”dan sonra “YouTube” da alış-verişin gələcəyinə sərmayə qoyan rəqəmsal platformalar karvanına qoşulub.

Ötən həftələrdə son rüblük hesabatını dərc edən və gəlirlərində 1,9 faiz azalma yaşayan şirkət bu səbəbdən də son vaxtlar gəlir əldə etmək üçün yeni yollar axtarışındadır.

Platformanın qısa video bölməsi olan “Shorts”a inteqrasiya ediləcək bu yeni alış-veriş funksiyası istifadəçilərə bu videolara baxarkən qarşılaşdıqları məhsulları satın almağa imkan verəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda sınaq mərhələsində olan funksiya 2023-cü ildən etibarən istifadəçilərin ixtiyarına veriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et