"YouTube" platformasında "dislike"ların sayı gizlədiləcək | Banco.az

"YouTube" platformasında "dislike"ların sayı gizlədiləcək

Tamara Mustafayeva, Banco.az

"YouTube" platforması videolardakı "dislike" (bəyənməmə) sayının gizlədiləcəyini və müvafiq məlumatı təkcə videonu yükləyən istifadəçilərin görmə imkanı olacağını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, populyar video-yayım platforması olan "YouTube" ilin əvvəlində sınaqdan keçirdiyi bu yeniliyi artıq tətbiq etməyə qərar verib. 

Bununla da, istifadəçilər izlədikləri videoların neçə nəfər tərəfindən bəyənilmədiyini bilməyəcək və beləliklə də, daha ədalətli mühit yaradılmış olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram