Youtube kanalları pullu olacaq | Banco.az

Youtube kanalları pullu olacaq

Youtube yeni funksiyasını təqdim etməyə hazırlaşır. Beləki, 100 000 istifadəçi sayına malik kanalların pullu olması gözlənilir. Bunun səbəbkarı isə ulduz vloggerlərdilər. Beləki, onlar yeganə gəlir mənbəyi kimi bu platformanı göstərdikləri üçün belə bir şeyə ehtiyacları olduqlarını şirkətə bildiriblər. Bu haqda məlumatı Bloomberg xəbər agentliyi verib.

Yeni funksiya Channel Membership adlanacaq. Bu kanalların istifadəçisi ayda 4.99 dollar ödəməklə bir sıra üstünlüklərə sahib olacaqlar: ekskuliziv kontentə, atributlara və müştəri emojilərinə. Xatırladaq ki, belə bir funksiya daha öncə də istifadə olunurdu, amma bu xidmət yalnız Youtube Gaming istifadəçiləri üçün nəzərdə tutulmuşdu. Vergi məsələlərini çıxmaq şərtilə kanal sahibləri gəlirin 70%-nə sahib olacaqlar. Xidmət yeni tətbiq olunmağa başladığı üçün Youtube, tranzaksiya üçün komisyon haqqı və kredit kartı əməliyyatlarını öz üzərinə götürüb. Bunun üçün Youtube Teespring ilə əməkdaşlıq üçün xüsusi funksiya da əlavə edib. Bloggerlər onun köməyilə öz məhsullarının satışını təşkil edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sonuncu dəfə vloggerlər ilə Youtube şirkəti arasında yaşanan problemdən sonra şirkət belə addım atmağa məcbur qalıb.  Bir çox youtuber Patreon xidməti və Twitch platformasından istifadə etməyə başlayıb. Youtube-a analoq olan Twitch bu baxımdan daha sərfəli hesab olunurdu, çünki vlogger reklam hesabına deyil, istifadəçi sayına görə pul qazanır. Buna baxmayaraq Youtube-dan pul qazananlar da az deyil. Bloomberg, 2017-ci ildə 5 rəqəmli pul qazanan şəxslərin 35%, 6 rəqəmli artanların isə 40%-ə qədər artdığını bildirir.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et